إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Zəkatlarınızı Suriya silahlılarına göndərin

Qətərin ruporu olan Şeyx Yusif Qərzavi əl-Cəzirə televiziya kanalına müsahibəsi zamanı fətva verərək deyib ki, hər bir kəs zəkatını Suriyada hökümət əleyhinə vuruşan mücahidlərə göndərsin.

Suriyanın hökümət qüvvələrinin Homs və Dəra şəhərlərini terroristlərdən təmizlədikdən sonra efirdə əsəbi olduğu sezilən Şeyx Qərzavi Bəşər Əsəd hökümətini fasid adlandıraraq onunla mübarizəyə də çağırışlar edib.

Bu arada BƏƏ-dən verilən xəbərə görə, Dubay polisinin rəisi general-leytenant Zahi Xəlfan Şeyx Yusif Qərzavinin həbs edilməsilə bağlı qərar veriləcəyini açıqlayıb. Belə ki, Şeyx Qərzavi əl-Cəzirə televiziya kanalına verdiyi müsahibələrin birində BƏƏ hökümətini Suriya hökümətinə müxalif olan 100 ailəyə vətəndaşlıq verməyib sürgün etdiyinə görə sərt tənqid etmişdi

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2012  19:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!