|
• DünyadaƏrbəin ziyarəti zamanı 10 min xidmət qrupu Kərbəla şəhər polisində qeydiyyatdan keçibBu il Ərbəin zəvvarları İran-İraq sərhəddini 20 dəqiqəyə keçə biləcək. İraq tayfa başçıları Ərbəin zəvvarlarının Şələmçə sərhəd-buraxılış məntəqəsindən Bəsrə və oradan da Nəcəf şəhərinə kimi pulsuz daşınması üçün şəraitin yaradılmasına dair söz veriblər. Ahlibeyt.az-ın məlumatına görə, Maide.az-a istinadla xəbər verir ki, bunu Xorrəmşəhr şəhər imam cüməsi höccətül-islam seyid Əbdülhüseyn Musəvifərd deyib. Ə.Musəvifərd deyib ki, Şələmçə sərhəd-buraxılış məntəqəsindən İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişinin asanlaşdırılması məqsədiilə bütün infrastruktur yaradılıb. “Hazırda bu sahədə heç bir problem yoxdur. Xorrəmşəhr şəhərinin girişindən Şələmçə sərhəddinə kimi zəvvarların yemək-içmək və məskunlaşmasını təmin etmək üçün 450 mokib (pulsuz yemək və yatmaq üçün yer) fəaliyyət göstərir. Zəvvarlar ən gec 20 dəqiqə ərzində sərhəddən keçib gedə biləcək.” O həmçinin qeyd edib ki, Şələmçə sərhəd-buraxılış məntəqəsindən əcnəbilərin gediş-gəlişini nəzərə alaraq cari ildə İranda təhsil alan əcnəbi tələbələr də xidmət göstərəcək və zəvvarları maarifləndirəcək. Bildirilib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər. İranın İraqla sərhəddə 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə, Kirmanşah əyalətində isə Xosrəvi sərhəd – keçid mətəqələridir. Kərbəla əyalət başçısı Əqil əl-Turəihi açıqlama verərək bildirib ki, bu il Ərbəin zəvvarlarına xidmət göstərmək üçün 10 min mokib və xidmət qrupu Kərbəla şəhər polisində qeydiyyatdan keçib. Onun sözlərinə görə, Kərbəlada 12 min nəfər və 10 min mokib zəvvarlara xidmət göstərəcək. Ə.əl-Turəihi deyib ki, Kərbəla şəhərindən kənar və şəhərin daxilində Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün könüllü qruplar və təhlükəsizlik qüvvələri birgə əməkdaşlıq edəcək. “Kərbəla istiqamətində bütün yollara pilotsuz təyyarələrlə nəzarət ediləcək. Təhlükəsizlik tədbirləri görülüb və bu tədbirlər davam etdirilir.” Məlumata görə, zəvvarlara xidmət göstərəcək xidmət qrupları Kərbəla əyaləti üzrə polis və təhlükəsizlik qüvvələrinin hazırladığı xüsusi təlimatları yerinə yetirməli və təhlükəsizliyin təmini üçün təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməlidir. Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2018 15:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |