|
• DünyadaPutin və Ərdoğanın imzaladığı İdlib anlaşmasının 10 bəndinin detalları açıqlanıbSoçidə keçirilən zirvə toplantısında Rusiya və Türkiyə prezidentlərinin İdliblə bağlı imzaladığı atəşkəs razılaşmasının 10 bəndinin yer aldığı anlaşmanın mətni açıqlanıb. Ahlibeyt.az-ın Aalamnews-a istinadən məlumatına görə, əl-Məyadin telekanalı Vladimir Putin və Rəcəb Təyyib Ərdoğanın 17 sentyabrda əldə etdikləri İdlib anlaşmasının 10 bəndinin detallarını ehtiva edən mətni yayımlayıb. İdlib anlaşmasında gələn 10 bəndin mətni belədir: 1- İdlibdə qarşıdurmanın dayandırıldığı və deskalasiya zonasının qorunması üçün addımların atılması, Türkiyənin nəzarət mövqelərinin gücləndirilməsi və nəzarətin davam etdirilməsi. 2- Rusiya Federasiyası hərbi əməliyyatların olmaması üçün lazımi tədbirləri görəcək, İdlibə hücum olmayacaq və mövcud vəziyyət qalacaq. 3- Deskalasiya zonasında 15-20 km enliyində silahın olmadığı zona yaradılacaq. 4- Növbəti danışıqlarla deskalasiya zonasının dəqiq sərhəd və xətləri müəyyənləşdiriləcək. 5- Oktyabr ayının 15-ə qədər deskalasiya zonasından bütün radikal terror birləşmələri uzaqlaşdırılacaq. 6- Oktyabr ayının onunadək deskalasiya zonasında tərəflərin tankları, raketatanları, topları, minaatanları çıxarılacaq. 7- Türkiyənin Silahlı Qüvvəələri və Rusiya Federasiyasının hərbi polisi koordinasiya edilmiş patrul və nəzarət əməliyyatları ilə, pilotsuz uçan aparatlarla deskalasiya zonasında yerli sakinlərin hərəkətini, əmtiələrin daşınmasını, ticari və iqtisadi əlaqələrin yenidən bərpasını təmin edəcəklər. 8- Bölgədə avtoban yolunda gəliş gediş bərpa ediləcək. 2018-ci ilin sonunadək M4 (Hələb-Laziqiya) və M5 (Hələb-Həma) yolunda gediş-gəliş başlayacaq. 9- İdlibdə deskalasiya zonasında atəşkəsin davamlı olmağına təminat vermək üçün fəal tədbirlər görüləcək. Buna görə Türkiyə, İran və Rusiyanın birgə koordinasiya mərkəzinin işi möhkəmləndiriləcək. 10- İki tərəf yenidən Suriyada terrorun bütün növünə qarşı mübarizəni aparmaqda niyyətli və əzmli olduğunu bildirirlər. Qeyd edək ki, sentyabır ayının sonunda BMT Baş Assambleyası çərçivəsində Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin görüşü keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2018 10:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |