|
Türkiyəli fotoqraf İslami şəhərlərin fotoarxivini hazırlayırTürkiyəli fotoqraf Orhan Durgut müxtəlif İslam ölkələrinin şəhərlərinin fotoarxivini hazırlayır. Ahlibeyt.az-ın İQNA-ya istinadla verdiyi xəbərə görə, 12 ildir bu işlə məşğul olan Orhanın hədəfi müsəlmanlara bir-birlərini tanıtdırmaq, müsəlmanları İslam ölkələrinin mühüm şəhərləri ilə tanış etmək və bu vasitə ilə müsəlmanlar arasında ülfət və qarşılıqlı mehriban münasibət yaratmaqdır. O.Durgut ilk dəfə 2006-cı ildə Məkkədə olarkən bu qərara gəlir ki, “İslam şəhərləri” adlı bir fotoarxiv hazırlasın. Bundan sonra o, dünyanın müxtəlif İslam ölkəsində 45 şəhərə səfər edərək fotolar hazırlayır. Müsəlmanların bir-birləri haqqında ətraflı məlumata sahib olmadıqlarını deyən O.Durgut qeyd edir ki, foto təksə incəsənət əsəri deyil, həm də insanlara məlumatlar və mesajlar ötürən bir mənbədir. Ümid edirəm ki, hazırladığım material İslam dünyasına xidmət üçün faydalı olacaq. Əsasən müqəddəs və tarixi şəhərlərin, peyğəmbərlər və din alimlərinin məqbərələrinin fotolarını hazırlamağın önəmli olduğunu deyən O.Durgut indiyədək Məkkə, Mədinə, Qüds, Dəməşq, İsfahan, Sarayovo, Bağdad və digər şəhərlərin fotoarxivlərini hazırlayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2018 11:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |