|
• Dünyada“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT Baş Assambleyasının gündəliyinə salına bilər“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb. Bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. Bundan başqa, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil. BMT Baş Assambleyasının 73-ci sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2018 12:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |