|
• Dünyadaİraqda keçiriləcək “II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı”na dəvətKonfransda iştirak etmək istəyənlər Sentyabr ayının 1- dək məqalələr göndərməlidir Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırmaq və tədqiqat mərkəzi" cari ilin payız aylarında "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı" keçiriləcəyi barədə xəbər verib. Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Kərbəla araşdırmaq və tədqiqat mərkəzi" bu barədə elan yayaraq ölkə daxilindəki alimlərlə yanaşı xarici alimləri, araşdırmaçıları və universitet tələbələrini Kərbəla şəhərində keçiriəcək bu konfransda iştirak etməyə dəvət edib. Bu elmi konfrans "Ərbəin ziyarəti, özünüislah meracı və mənəvi təlim metodu" adı ilə keçiriləcək.Konfransa göndərilmiş məqalələr "əs-Sibt" elmi jurnalında çap ediləcəkdir. İraqda keçiriləcək "II Beynəlxalq Ərbəin Ziyarəti Konfransı"nın əsas hədəfi Ərbəin ziyarətini sənədləşdirmək, bu dini və ictimai simvolun İraqın və dünyanın mədəni irsi və mədəniyyətindəki rolunu açıqlamaq və bu ziyarətin bəşəriyyət üçün faydalarını bəyan etməkdir. Digər hədəfi Ərbəin ziyarətindən dinlərarası dostluq münasibətlərinin möhkəmlənməsindəki təsirindən faydalanmaqdır. Bu konfransda iştirak etmək istəyənlər cari ilin Sentyabr ayının birinədək məqalələrini "WORD" formatında və öz tərcümeyi-halları ilə birlikdə konfransın elmi komitəsinə göndərməlidirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2018 10:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |