إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəşər Əsədlə cihad etmək İsraillə cihad etməkdən daha vacibdir

Vahhabi aləminin tanınmış alimlərindən olan Şeyx Aiz əl-Qarani əl-Ərəbiyyə telekanalına müsahibəsi zamanı Suriya xalqını əlinə silah alıb Bəşər Əsədlə cihad etməyə səsləyib.

əl-Qarani bildirib ki, Bəşər Əsədlə cihad etmək İsraillə cihad etməkdən daha vacibdir. O Suriya xalqına müraciət edərək deyib ki, Bəşər Əsəd öz legitimliyini əldən vermişdir və bu səbəbdən siz onunla döyüşməlisiniz.

Vahhabi şeyxi həmçinin Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullahın Suriya prezidentini dəstəkləməsinə və Suriyada baş verənləri ABŞ və İsrailin planları kimi tanıtdırmasına toxunaraq Seyyid Həsən Nəsrullahı yalançı adlandıraraq deyib ki, o Suriyada baş verən hadisələri təhrif edərək bəyan etməkdədir.

Qeyd edək ki, Şeyx əl-Qarani minlərlə iraqlını qətlə yetirmiş diktator Səddam Hüseyn edam edildikdən sonra onu mədh edən qəsidə yazaraq onu şəhid adlandırmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Fevral, 2012  08:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!