|
• DünyadaABŞ BMT-nin İnsan Hüquqları Komitəsindən çıxdığını açıqlayıbABŞ-ın Birləşmiş Millətlər Təşkilatında (BMT) Daimi Nümayəndəsi Nikki Haley, ölkəsinin BMT İnsan Hüquqları Komitəsindən çıxdığını açıqlayıb. Ahlibeyt.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, N.Heyli bildirib ki, qurum adına layiq davranmır. Nikki Heyli İsrail rejiminə qarşı qurumu qərəzli olmaqda ittiham edib. Şuraya üzv olan Kuba və Venesuellanın insan haqlarını pozduğunu iddia edən Nikki Heyli Çin,Səudiyyə Ərəbistanı və Misirin də insan haqları ilə bağlı göstəricilərinin məqbul olmadığını bildirib. ABŞ-ın BMT nümayəndəsi qeyd edib ki, bu addımla biz ölkəmizin insan haqlarına ehtiram göstərməsini nümayiş etdirərək təşkilatın ikiüzlü siyasətinə etirazımızı bildiririk. Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarı Zeyd Raad Əl Hüseyn, Bazar Ertəsi günü komissiyanın açılışında etdiyi çıxışında, "ABŞ sərhədini qeyri-qanuni yollarla keçən ailələrin uşaqlarının əllərindən alınaraq ayrı-ayrı yerlərdə saxlanılması" siyasətinə dair "narahat" olduqlarını qeyd etmişdi. Bundan əlavə təşkilat dəfələrə İsrail rejiminin işqal olunan Fələstin ərazilərində dinc əhaliyə qarşı şiddətə qarşı etiraz bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2018 12:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |