إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Donald Tramp: Bütün terrorçular Parisdə toplanıblar

ABŞ prezidenti D.Tramp Kanadada keçirilən G-7 sammitində digər ölkə başçıları ilə görüşü zamanı onlarla kobud şəkildə rəftarı qiqqət çəkib.

Ahlibeyt.az-ın Tass-a istiandla verdiyi xəbərə görə, bu barədə rəsmi diplomatik mənbələrə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.

Belə ki, görüş zamanı bir neçə dəfə Avropa komssiyasının sədri Jan-Klod Yunkeri  qəddar qatil adlandırıb.Fransa prezidenti E.Makrona isə bildirib ki,sanki bütün terrorçular Parisdə toplanıb.

"The Wall Street Journal" nəşrinin məlumatına görə,bu barədə görüşdə iştiraj edən digər ölkə diplomatları məlumat verib.Açıqlamalara görə görüş olduqca gərgin şəraitdə keçib.

Bildirilir ki, İran və terrorçuluqla bağlı vəziyət barədə müzakirələr zamanı Tramp Makrona xitabən deyib:

"Sən bunu bilməlisən, Emmanuel, çünki bütün terrorçular Parisdədirlər".

D.Tramp həmçinin Yaponiyanın baş naziri Sindzo Abe ilə söhbəti zamanı immiqrasiya prosesini Avropa üçün böyük təhlükə adlandırıb:

"Sindzo, sənin belə bir problemin yoxdur, lakin mən sənə 25 milyon meksikalı göndərə bilərəm, sən isə tezliklə vəzifəndən gedəcəksən".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2018  12:45 Çap

Bu bölmədə


Xəbər lenti
© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com