|
• DünyadaƏsəd: İndi “Hizbullah”-ın Suriyadan çıxarılması haqda söz gedə bilməz!Suriya Prezidenti "Hizbullah" hərəkatı döyüşçülərini Suriyadan çıxarılması mövzusu barədə danışıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Əl-Ələm” telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Livanın “Hizbullah” hərəkatının döyüşçülərindən Suriyanı tərk etmələrini istəmək üçün hələ çox tezdir, terrorçuluqla mübarizə hələ uzun müddət davam edəcək. “Söhbət ölkələr arasındakı 3 qat ittifaqdan gedir, lakin “Hizbullah” bu müharibədəki əsas iştirakçıdır. Müharibə uzun müddət davam edəcək və bu qüvvələrə hələ uzun müddət ehtiyac olacaq. “Hizbullah”, İran və digərləri terrorçuluğa qalib gəldiklərini dedikdə, onların özləri vətənlərinə geri dönmək istədiklərini deyəcəklər... Lakin bu mövzu barədə danışmaq üçün hələ çox tezdir.”, - deyə Əsəd bildirib. Xatırladaq ki, “Hizbullah” lideri Seyid Həsən Nəsrullah iyunun 8-i bildirmişdi ki, Suriya hökuməti müvafiq çağırışla müraciət etməyincə, hərəkatın döyüşçüləri bu ölkəni tərk etməyəcək. O qeyd edib ki, Suriyadan ilk müvafiq istək gələn kimi bütün “Hizbullah” döyüşçüləri bu ölkədən çıxarılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2018 11:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |