إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 28-ci gün

Rəsulullah (s): "Oruc tutanın yuxusu ibadət, susmağı təsbih, əməli qəbul və duası müstəcəb olar."Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"İyirmi səkkizinci gün üçün Allah əbədi cənnətdə sizin üçün nurdan yüz min şəhər ucaldacaq.Allah sizə cənnət məkanında gümüşdən yüz min saray əta edəcəkdir.Allah sizə cənnətdə ənbərdən yüş min yaşayış yeri əta edəcək və sizə cənnət bağlarında yüz min şəhər və hər şəhərdə yüz min ev əta edəcək.Allah sizə əbədi olan cənnətdə müşıkdən yüz min xeymə əta edəcək və hər xeymənin içində yüz min ev,hər evdə mirvari və yaqutdan olan yüz min kürsü,hər kürsünün üstündə isə hurilərdən zövcələr olacaqdır"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2020  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!