إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu il Qədr gecələri hansı günlərə təsadüf edəcək?

Hədis və rəvayətlərə əsasən Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir.Bu mübarək gecələr müsəlmanlar şam azanından(gün batdıqdan sonra) sübh azanına qədər Əhya saxlayır (oyaq qalaraq),dua,namaz və gecənin tövsiyyə xüsusi əməllərini yerinə yetirirlər.

Bu il mübarək Qədr gecələri May ayının 24-dən - 25-nə; 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrə təsadüf edəcək.

Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “Əhya gecələri” deyilir.

Qədr gecəsi Quranın nazil olduğu gecəsidir.Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: “Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” (Duxan surəsi, ayə 3).

Bəqərə surəsində buyurur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir” (Bəqərə surəsi, ayə 185)

Bu mübarək gecənin şəninə nazil olan Qədr surəsində buyrulur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)

Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur.

Bu gəcələri şam azanından sübhə qədər oyaq qalmaq - Əhya saxlamaq tövsiyyə olunur.

Xatırladaq ki, əlavə olaraq Qədr gecələrinin əməlləri barədə geniş məlumat veriləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2019  17:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!