|
Mübarək Ramazan günlərinin savabları - 10-cu günAllahın Peyğəmbəri(s) buyurur: "Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar." Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik: Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür? - O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən. - Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım. -O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim: - "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı - "Ramazan ayının onuncu günü Allah təala sizin yetmiş min hacətinizi yerinə yetirər. Bununla yanaşı günəş, ay,ulduzlar, dördayaqlılar, quşlar,hər daş və torpaq parçası, dənizdə olan balıqlar, bütün sular, ağacların üstündə olan yarpaqlar Allahdan sizin günahlarınızın bağışlanmasını diləyərlər"... Ardı var.. Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2020 11:20 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |