إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londondakı məscid Bitkoinlə nəzir qəbuluna başladı

Londondakı məscid vurtual pul vahidi olan Bitkoinlə nəzir qəbuluna başlayıb

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Londonun şərqindəki Şeklevel Leyn məscidi Bitkoin və Ethereum kriptovalyutaları ilə ianə qəbuluna başlayıb.

Məscidin imamı Erkin Güni bildirib ki, yığılan vəsait məscidin tam təmirinə, həmçinin ehtiyacı olan müsəlmanlar və aztəminatlıların dəfn mərasimlərinin xərclərinin ödənməsinə sərf ediləcək.

"Bu pulların yeni növüdür. Onlar zamanla dəyişirlər. Bankla ötürülmüş puldan fərqlənmirlər.", - deyə Güni qeyd edib.

Qeyd edək ki, müsəlman dünyasında kriptovalyutalara qarşı hələ birmənalı mövqe formalaşmayıb. Belə ki, Misir və Türkiyədə bu pul növü "qeyri-İslami" elan edilib. Səudiyyə Ərəbistanı və BƏƏ vətəndaşlarının bu cür pulların riskləri barədə xəbərdar etsələr ki, kriptovalyuta ilə ticarətə birbaşa qadağa yoxdur. Bir çox müsəlman ölkələrində isə bu məsələ hələ tam həll edilməyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2018  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!