إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 9-cu gün

İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»

Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"Ramazan ayının doqquzuncu günü Allah təala sizə min alimin, məsciddə min etikaf edənin və sərhəddə muhafizədə duran min əsgərin savabını əta edər."

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2020  11:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!