إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 8-ci gün

İmam Muhəmməd Baqir (ə) buyurur: “Allah-Taalanın oruc tutanlar üçün müvəkkil mələkləri vardır ki, Ramazan ayının ilk günündən sonuna qədər hər gün onların günahlarının bağışlanmasına görə, “istiğfar” edir (onların bağışlanmasını istəyir) və hər gün iftar zamanı oruc tutanlara səslənərək deyirlər: “Müjdə olsun sizə, ey Allahın bəndələri, az zaman üçün ac qaldınız və çox yaxın zamanda çox doyacaqsınız, mübarək olsun, mübarək edin!” Ramazan ayının son gecəsi isə mələklər oruc tutanlara səslənərlər: “Müjdə olsun sizə, ey Allahın bəndələri, sizin günahlarınız bağışlandı, tövbələriniz qəbul edildi. Belə isə, baxın görün, yeni başladığınız həyatda necə olacaqsınız!” (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 2/52, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim – Mirməhəmməd Bəşir)

Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"Allah təala Ramazanın səkkizinci günü sizə altımış min abidin və altımış min zahidin savabını əta edər"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2020  11:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!