|
• Dünyadaİslam ümmətinin mənafeyinə xatir sünni-şiə dialoqu çox vacibdirəl-Əzhər Universitetinin rektoru Şeyx Əhməd ət-Təyyib sünni-şiə dialoqunun keçirilməsinin zəruri olduğunu bildirib. O deyib ki, əgər bu gün müsəlmanlar kafir və xristian Qərblə müzakirələr aparırlarsa, daha gözəl olmazmı ki, sünnilər və şiələr öz aralarında dialoq qursunlar? Əhməd ət-Təyyib deyib ki, şiələrin İslamı elə əhli-sünnənin İslamıdır. Füruid-dində bəzi ixtilaflarımız vardır, vəssalam. əl-Əzhər şeyxi deyib ki, İslam ümmətinin mənafeyi üçün bu gün bu dialoq çox vacibdir. Əbəttə ki, biz bunda israrlıyıq ki, nə şiələr sünni ölkələrinə emissarlar göndərib şiəliyi təliğ etməməlidirlər və eyni zamanda da nə də əhli-sünnə bunu etməməlidir. Bir çox ölkələrdən, o cümlədən, İrandan bir çox şiənin əl-Əzhər Universitetində təhsil aldıqlarını bildirən əl-Əzhər şeyxi deyib ki, İranda və digər ölkələrdə olan şiə alimləri də mənim fikirlərimlə yəni şiəliyin əhli-sünnənin, sünniliyin də şiələrin arasında təbliğ edilməməsilə həmrəydirlər. əl-Əzhər şeyxi həmçinin əl-Əzhər Universitetinin keçmiş rektorlarından olan Şeyx Şəltutun fikirlərinə etiqad etdiklərini bildirərək deyib ki, əl-Əzhər şiələr və sünnilər arasında heç bir fərq qoymur. Çünki hər iki məzhəb şəhadəteyni iqrar edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Fevral, 2012 20:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |