|
• Mənəviyyat • Mənəviyyat26 Rəbiul-əvvəl İmam Həsənin(ə) Müaviyyə ilə sülh müqaviləsi bağlamasının ildönümü günüdürQəməri təqvimilə 40-cı il Rəbiul-əvvəl ayının 26-da İmam Həsən(ə) Müaviyyə ibn Əbu Süfyan ilə sülh müqaviləsi imalamağa məcbur olur. İmam Həsənin(ə) bu sülh müqaviləsini imzalaması səbəbləri bir çoxları tərəfindən təhrif edilmişdir. Bir çoxları bu sülh müqaviləsinə əsaslanaraq bildirirlər ki, əgər İmam Həsən(ə) Müaviyyəni müsəlman bilməsəydi onunla sülh müqaviləsi bağlamazdı. Bu kimi fikirləri nəzərə alaraq bu yazımızda bu kimi suallara cavab vermək istəyirik. Əvvəla bu sülh müqaviəsi barədədanışmaqdan öncə o dövrə qısa ekskurs etmək lazımdır. Döyüş yorğunluğu Cəməl Siffeyn və Nəhrəvan döyüşləri həmçinin Əbu Musa Əşəri ilə Əmr As arasındakı danışıqlardan sonra Hicaz və Yəməndə baş verən və bi çox tələfatlarla nəticələnən Hz.Əlinin(ə) və Müaviyənin qoşunları arasındakı qırğınlar Hz.Əlinin(ə) dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmişdi ki, daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Hz.Əlinin(ə) beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil, dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdu. İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Hz.Əlinin(ə) yenidən qüvvə toplayıb Siffeyn döyüşünə dəvətini gec qəbul etməsi də bu yorğunluğa açıq-aşkar sübutdur. Hz.Əli(ə) şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən(ə) hakimiyyətə gəldikdə, bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsusilə İmam(ə) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə onlar İmamın(ə) dəvətini çox gec qəbul etdilər. Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsənə(ə) çatdıqda, İmam Həsən(ə) camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam Həsən(ə) bildirdi ki, səbrli olmaq və fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən(ə) camaatın ruhiyyəsindən xəbərdar olduğundan onların bu dəvətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə o düşündüyü kimi də oldu. İmam Həsən(ə) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi. Onun sözlərini təsdiq edən bir nəfər belə tapılmadı. Bu hadisə o qədər təəssüfləndirici və acınacaqlı idi ki, məclisdə olan Hz.Əlinin(ə) şücaətli səhabələrindən biri camaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalançı qəhrəmanlar, qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları İmamla(ə) birgə Şam ordusuna qarşı vuruşa çağırdı. Bu tarixi sənəd İraq camaatının döyüşdən nə qədər yorulduqlarını onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir. Onlar döyüşməyə hazır deyildilər. Nəhayət, İmam Həsən(ə) yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən(ə) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmamHəsənin(ə) ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər onun başına toplaşdı. Buna görə də, İmam(ə) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı. Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki, bəzi vaxtlar bu dəstələr heç bir-biri ilə belə yola getmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı digər bir dəstə həm Əməvilərlə həm də İmam Həsənlə(ə) vuruşmağı özlərinə vacb bilən xəvaric dəstəsi idi. Bunlardan başqa daha bir neçə dəstə var idi. Məs: müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar dəstəsi və bir də əqidəsi sabit olmayan İmam Həsənlə(ə) Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət bir dəstə. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Amma bunlardan fərqli olaraq digər bir dəstə də Hz.Əlinin(ə) həqiqi dostlarından ibarət olan bir dəstə idi. Pərakəndə ordu Əhali arasındakı bu dəstələr təbii ki, İmam Həsənin(ə) ordusunda da ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi. Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsənin(ə) ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsənin(ə) ordusuna qoşuldular. İmam Həsənin(ə) təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi: 1) Hz.Əlinin(ə) şiələrindən ibarət tərəfdarları; Beləliklə də, İmam Həsənin(ə) ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu. Canlı sənəd O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü əslində heç kim İmam Həsənin(ə) özündən yaxşı bəyan edə bilməz. İmam Həsən(ə) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı(Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmışdır. Siz öz müqavimətinizi itirmişsiniz və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz. Lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə , bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda hazırsınızsa, deyin o zaman mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox əgər sağ qalmaq istəyirsinizsə,bu təklifi qəbul edib sizin razılığınızı təmin edək». İmam Həsənin(ə) sözləri bu yerə çatan zaman hamı bir ağızdan biz yaşamaq istəyirik deyə qışqırdı. Bəli bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İmam Həsən əleyhissəlamın ordunu səfərbər etməsi Keçmiş və müasir tarixçilər bəzi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlar yazırlar ki, güya İmam Həsənin(ə) Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki, Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları təmin etmək üçün edirdi. Əldə olan tarixi sənədlər göstərir ki, bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən(ə) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə İmam Həsən(ə) ümumiyyətlə ordu toplayırdı? Halbuki bütün tarixçilər yazırlar ki, İmam Həsən(ə) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam Həsənin(ə) ordusundakı dəstəbazlıq və pərakəndəliklər digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmam Həsənin(ə) nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmam Həsənin(ə) ətrafından dağıldı. İmam Həsən(ə) də çarəsizlikdən döyüşməyib sülhü qəbul etdi. Əhdini danan camaat Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözü bütöv və mütəşəkkil deyildi. Əksinə, onlar vəfasız etimad edilməyən, hər gün bir bayraq altında yığışan və vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idilər. Elə buna görə də, İmam Həsənin(ə) ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsənə(ə) xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsəni(ə) tutub ona verəcəklər yaxud da ona sui-qəsd törədəcəklər. Müaviyə həmin məktubları olduğu kimi İmam Həsənə(ə) göndərib bildirdi bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən? İmam Həsən(ə) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə, özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysi isə Übeydullaha müşavir və canişin təyin etdi. Danışıqlara görə birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi. İmam Həsənin(ə) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə bir göstəriş verdi ki, Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı(ə) bu işdən xəbərdar etsinlər və İmam(ə) da əsas ordu ilə onlara qoşulsun. Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu oradaca düşərgə saldı. Az bir zamanda İmam Həsənə(ə) xəbər çatdı ki, elə Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir. Təbii bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsənin(ə) nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərdi. Çox imanlı və Hz.Əlinin(ə) ailəsinə qarşı vəfalı olan şücaətli Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir ki, lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur. Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o İmam Həsənin(ə) ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam Həsənin(ə) başçılıq etdiyi orduya göndərdi. Onlar İmam Həsənin(ə) başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki, Qeys(ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb. Eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki İmam Həsən(ə) Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsənin(ə) hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam Həsənlə(ə) görüşdülər. İmam Həsənin(ə) çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki, Allah Peyğəmbər(s) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli(ə) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı. Onlar özlərinə qarşı camaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam Həsənin(ə) əleyhinə qiyam qaldıraraq onun çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam Həsəni(ə) öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı. İmam Həsən(ə) ordu ilə birgə Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam Həsəni(ə) güdən xəvaricdən biri İmam Həsənə(ə) güclü bir zərbə endirdi. İmam Həsən(ə) bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam Həsənin(ə) bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam Həsənin(ə) halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Müaviyə vəziyyəti tam ələ aldı. Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən(ə) məcbur olub sülh təklifini qəbul etdi. Deməli, əgər İmam Həsən(ə) sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki, Təbəri və digər tarixçilər yazırlar: «Həsən ibn Əli(ə) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu.» İmam Həsən(ə) onun sülhünə etiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan edir: «Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığımdan həvalə etdim. Əgər tərəfdarım olsaydı gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir batində isə bizim düşmənlərimizlə əlbirdirlər.» İkincisi, İmam Həsən(ə) öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bəzi məsələlərə işarə edib buyurmuşdur: Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən(ə) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında nə qədər ki, hökumət Bəni–Üməyyənin əlindədir buyurmuşdur: “And olsun Allaha xoş həyat görməyəcəksiniz” Bu tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki, Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar. Sülh müqaviləsi və İmam Həsənin(ə)məqsədləri İmam Həsən(ə) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam Həsənin(ə) ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam Həsən(ə) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam Həsən(ə) o kağıza nə yazsa, Müaviyə onu qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu. İmam Həsən(ə) bu fürsətdən necə lazım idisə istifadə edərək özünün ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsi tam mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir.. Hər tarixçi onun bəzi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olur. Kiçik bir baxışda İmam Həsənin(ə) sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və təkidə nəzər salmaqla İmam Həsənin(ə) siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəladə tədbirini müşahidə etmək olar. Birinci maddə: Həsən ibn Əli hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki, Müaviyə hökuməti Quran qayda-qanunu və Məhəmməd(s) Peyğəmbərin sünnəsi əsasında idarə etməlidir. Beləliklə də, İmam Həsən(ə) hələ uşaq olarkən Peyğəmbərin(s) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər(s) bir gün İmam Həsəni(ə) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq.» Dünyanın ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür. Bu məsələyə əsaslanaraq İmam Həsən(ə) də çalışırdı ki, yüksək məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, höküməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin(s) sünnəsi əsasında idarə etsin. Məlumdur ki, İmam Həsənin(ə) məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsa idi, yenə İmam Həsənin(ə) məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən(ə) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsəndən(ə) böyük olduğunu və artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Hz.Əlinin(ə) rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı və Hz.Əlinin(ə) şiə və dostlarının eləcə də Peyğəmbərin(s) ailəsinin hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil. Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər(İmam Həsənlə(ə) Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirakı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır. Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o nəinki sülh müqaviləsinin maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılasınız, həcc yerinə yetirəsiniz və ya zəkat verəsiniz deyə vuruşmadım. Mən bilirəm ki, siz onsuz da bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirim». Beləliklə də, Müaviyə İmam Həsənlə(ə) bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu. Müaviyənin cinayətləri Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə cinayətlərini daha da artırdı. O Hz.Əliyə(ə) əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı Hz.Əlinin(ə) vəfalı dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Hz.Əlinin(ə) şiələrinə yönələn işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Hz.Əlinin(ə) əksər dostları ya tutulub həbs edilir, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə dərbədər düşür yaşayırdılar. Müaviyə təkcə Hz.Əlinin(ə) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi. Yazı Mehdi Pişvayinin "Məsum İmamaların(ə) həyatına bir baxış" kitabına əsasən tərtib olunub Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2012 04:16 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |