إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nadir “Quran” nüsxələri və Xacə Nəsirəddin Tusinin “5 risalə” kitabının əlyazması London hərracına çıxarılır

İslam dünyasının və Hindistanın bir sıra qədim mədəni, tarixi, elmi və incəsənət əsərləri hərraca çıxarılıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Londonun məşhur Kristiz(Cristie's)

hərracına çıxarılan əsərlər arasında qədim və nadir Quran nüsxəsi də vardır.

Mütəxəssislərin açıqlamasına görə, Quran ayələrinin yazıldığı bu nüsxənin üzərinə yazılaraq sonradan pozulan yazı Tövratın Misrin qibti dilində "qanunun təkrarı" fəslinin bir hissəsi olub.

Fransalı tədqiqatçı Elnur Klard bu nüsxə barədə araşdırmalarına istinadla deyib ki, bu nüsxənin pozulmuş yazısının Tövratdan bir hissəsi olmasının kəşfi İslam dininin zühur etdiyi dövrün tanınmasında çox əhəmiyyətlidir. Biz bu nüsxədə müxtəlif dini cəmiyyətlərin mədəni əlaqələrinin necəliyinin şahidi oluruq.

Qeyd olunur ki, dünyada bu cür nadir Quran nüsxələri çox azdır. Bu nüsxəyə oxşar digər bir Quran nüsxəsi isə hicrinin birinci əsrinə aiddir ki, onun da üzərinə əvvəlcə yazı yazılmış və sonradan silinərək üzərindən Quran ayələri kitabət edilmişdir.

Aprelin 26 da keçiriləcək hərracda auksiyona çıxarılacaq əsərlərdən biri də görkəmli müsəlman alimi Xacə Nəsirəddin Tusinin riyaziyyat və astronomiya barədə yazdığı "5 risalə" kitabının əlyazması olacaqdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2018  13:15 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!