إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə “Media və dini təlim” mövzusunda seminar keçirilib

“Muslimmedia” İnternet televiziyasının üç illiyi münasibəti ilə Tbilisidə yerləşən M.F.Axundovun ev muzeyində “Media və dini təlim” mövzusunda seminar keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, internet TV əməkdaşlarının, din və ictimaiyyət xadimlərinin iştirak etdiyi seminarda informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet TVnin təsiri, ondan düzgün və təhlükəsiz istifadə, Dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda çıxışlar edilib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar.

Sonda Muslimmedia TV-nin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu.

Gürcüstan dini İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə TVnin rəhbəri Məşədi Vidadi Qurbanova və əməkdaşı Əli Abbas müəllimə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi. O, İnternet TVnin bir üç il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi.

Qeyd edək ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 700-dən çox verliş hazırlayaraq tamaşaçıların ixtiyarına verilib.

Ötən illərdə TVdə hazırlanan bir çox verilişlər müəyyən Tvlər vasitəsi ilə də efirə verilmişdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2018  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!