|
• Dünyada"Hicaba Azadlıq" aksiyasına iki nəfərin apellyasiya məhkəməsi keçirilib
Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə məhkum olunmuş Məmməd Əsgərov və Zaur İsgəndərovun şikayətinə baxış keçirilib. Məmməd Əsgərovun vəkili Anar Qasımlının verdiyi açıqlamaya görə, müdafiəçilər prosesdə vəsatətlər qaldırıblar: “Qaldırdığımız məsələlərdən əsası o idi ki, necə ola bilər aksiyanın təşkilatçısı kimi təqsirləndirilən şəxslərə bir il, il yarım iş kəsilir, amma aksiya iştirakçılarına üç il? Hərçənd biz təşkilatçı kimi təqsirləndirilən adamlar haqqında çıxarılan hökmlərlə də razı deyilik”. Dövlət ittihamçısı çıxış üçün hakim Vaqif Mursaqulovdan vaxt istədiyindən prosesi fevralın 20-də davam etdirmək qərara alınıb. 2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər. “Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub. mediaforum.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2012 20:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |