|
• Dünyada“Gələcək Müsəlman Mütəfəkkirləri Platforması” yaradıldıTürkiyənin İbn Haldun Universiteti və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında sentyabr ayında İstanbulda ilk beynəlxalq toplantısı təşkil ediləcək "Gələcək Müsəlman Mütəfəkkirləri Platforması"nın yaradılması barədə əməkdaşlıq protokolu imzalanıb. Ahlibeyt.az-ın məlumatına görə, İslam.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu platformanın yaradılması təşəbbüsü ilə İƏT GF 2016-cı ilin oktyabrında İstanbulda keçirilən İƏT ölkələri Gənclər və İdman nazirləri Konfransının 3-cü sessiyasında çıxış edib və bu təşəbbüs Konfransın yekun qətnaməsinə daxil edilib. İmzalanma mərasimində çıxış edən İƏT GF-nin sədri Səfir Elşad İskəndərov bildirib ki, platformanın yaranmasında əsas məqsəd İslam dünyasının gələcəyinə və inkişafına yönəlmiş düşüncə və nəzəriyyələrin stimullaşdırılması, müsəlman mütəfəkkirlərin dəstəklənməsi, islam coğrafiyasında təhsil, elm, tədqiqat və geniş baxış bucağına verilən dəstək və əhəmiyyətin artırılması və daha geniş yayılmasıdır: “Digər məqsədimiz isə müxtəlif bölgələrdəki müsəlman intellektuallar arasında əlaqələrin qurulmasıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2018 14:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |