|
• DünyadaPraqada saxlanılan PYD/PKK-nın sabiq rəhbəri Türkiyəyə ekstradisiya oluna bilərÇexiya XİN-i Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün ekstradisiya edilməsi məsələsiniə dair Türkiyə XİN-i ilə danışıqlar aparmağa hazırdır. Ahlibeyt.az-ın məlumatına görə,APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərəəsasən, bu barədə Çexiya XİN nümayəndəsi Mixaela Laqronova bildirib. "Saxlanılan şəxsin həbsinə dair beynəlxalq order verildiyindən hələlik bu məsələ ilə polis və Ədliyyə Nazirliyi məşğuldur. Çox ehtimal ki, ekstradisiyaya dair danışıqlar XİN-lər arasında da aparılacaq", - deyə o bildirib. Eyni zamanda Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq bildirib ki,Ankara Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün Türkiyəyə ekstradisiya edilməsinə nail olmağa çalışır. Baş nazirin müavini DİN, XİN və Ədliyə Nazirliyinin hazırda bu istiqamətdə çalışdığını qeyd edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib. Qeyd edək ki, PYD-nin sabiq rəhbəri fevralın 24-də Türkiyənin sorğusu əsasında İnterpol xətti ilə Praqada saxlanılıb. Bundan əvvəl Türkiyə hökuməti S.Müslümün saxlanılması üçün 4 mln. lirə mükafat vəd etmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2018 10:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |