|
• DünyadaFələstin rəsmisi: “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında bildirilir. “ABŞ-ın İsrailin paytaxtı olaraq Qüdsü(Yerusəlimi) tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu Fələstin xalqı, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır", bəyanatda deyilir. Bildirilir ki, Dövlət Departamenti ABŞ səfirliyinin Qüdsdə mayın 14-də açılacağını təsdiqləyib. Onun açılışının İsrailin 70 illiyinə həsr olunacaq. Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2018 10:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |