إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müsəlman şəxsin kilsəyə getməsi və orada ibadət etməsi icazəlidirmi?

Müsəlman şəxsin kilsəyə getməsi və orada ibadət etməsi icazəlidirmi?

Burada niyyət əsasdır. Bir müsəlmanın tarixi abidə olaraq kilsəyə gedib oradakı mədəni-tarixi əsərlərə baxması icazəlidir. İbadət məqsədi ilə kilsəyə getməyə gəlincə, əgər burada xristianların etdiyi ibadət növləri nəzərdə tutulursa, bunu etmək müsəlmana yaraşmaz.

Təəssüf ki, bəzi cahil müsəlmanlar arzularının həyata keçməsi üçün kilsəyə gedib şam yandırır, hətta keşişdən yardım istəyirlər. Müsəlman öz istəyini Allahdan diləməli, ziyarət etmək istəsə, İslamın müqəddəs saydığı məkanları ziyarət etməlidir.

Kilsədə müsəlman ibadətini etməyə (namaz qılmağa) gəlincə, günah deyil, amma hazırda fəaliyyət göstərən kilsələrdə bunu etməyi məqsədəuyğun saymırıq. Çünki bu hərəkət oranın din xadimləri və ibadətə gələn şəxslər tərəfindən düzgün qarşılanmaya bilər və insana narahatlıq yaradar. Üstəlik, namaz məkanında insan təsvirinin və heykəlinin olması namazın savabını aşağı salar. Kilsələr isə məlum olduğu kimi ikona və heykəllərlə bəzədilir.

Əgər namaz qılmaq üçün məkan tapmaq çətindirsə, hazırda istifadə olunmayan, tərk edilmiş kilsələrdə zərurət halında namaz qılmaq olar.

İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2018  10:42 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com