|
• DünyadaYaponiyalı xanım İmam Rzanın(ə) hərəmində İslam dinini qəbul edibİranın tabnak saytı İmam Rza(ə) hərəminin İslami Əlaqələr və Xarici Zəvvarlar İdarəsinə istinadən xəbər verir ki, 51 yaşlı yaponiyalı xanım İmam Rzanın(ə) hərəmində İslam dinini qəbul edərək özünə Fatimə adını götürüb. Sayt xəbər verir ki, xanım İslam dinini qəbul etməsinə səbəb olaraq bildirib ki, bir neçə il bundan öncə İrana etdiyi səfəri zamanı Məhərrəm ayına təsadüf edibmiş və müşahidə etdiyi Məhərrəm tədbirləri onda bəzi təəssüratlar oyadıb. Vətənə döndükdən sonra o İslam dini ilə dərindən maraqlanıb və nəticədə İslam dinini qəbul etmək qərarına gəlib. Xanımın özününün bildirdiyinə görə İslam dini dinlər arasında ən kamil dindir. Və İslam dinində səadətə çatmaq üçün bütün göstərişlər tapşırılmışdır. İmam Rzanın(ə) hərəmi dünyanın müqəddəs məkanlarından biridir deyən yaponiyalı xanım bildirib ki, burada İslam dinini qəbul etməyimlə aramçılıq tapmaqla yanaşı elə bil ikinci dəfə doğulmuşam. Hərəmin Təbliğat və İslami Əlaqələr İdarəsinin müavini Hüccətül-İslam Hüseyni yaponiyalı xanımı İslam dinini qəbul etməyi münasibətilə onu təbrik edərək ona Qurani-Kərim və bir neçə etiqadi kitablar hədiyyə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2012 01:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |