|
• DünyadaAli Xəlifə rejimi 14 fevral tarixinə ciddi hazırlıqlar görməkdədirBəhreyndən verilən son məlumatlara görə, Ali Xəlifə rejimi Bəhreyn inqilabının başlanmasının ildönümünə ciddi hazırlıqlar görməkdədir və ölkədə ciddi etirazların baş verməsinin qarşısını almaq fikrindədir. Bildirilir ki, artıq Səudiyyə Ərəbistanından əlavə güclər Bəhreyndə yerləşdirilmişdir. Bundan əlavə Bəhreyn polisinə etiraz aksiyalarını dağıtmaq üçün ingilis və amerikalı instruktorlar təlimlər keçirlər. Xarici jurnalist və korrespondentlərin Bəhreynə girişinə icazə verilməmələri də xəbərlər sırasındadır. Bir az əvvəl isə məlum olub ki, ölkəyə giriş-çıxış məhdudlaşdırılıb. Bəzi sərhəd keçid məntəqələri isə tamamilə bağlanmışdır. Xatırladaq ki, Bəhreyndə etirazlar keçən il fevral ayının 14-də başlanmışdı və mart ayında ölkəyə daxil olan Ali Səud ordusunun dəstəyilə Ali Xəlifə polisi tərəfindən vəhşicəsinə dağıdılmışdı. İnqilabın başlanmasının ildönümü ərəfəsində isə Bəhreyn inqilabçıları yenidən küçələrə qayıdacaqlarını bəyan ediblər. O cümlədən Bəhreyn inqilabçılarını mərkəzi təşkilatı "Bəhreyn 14 fevral Koalisiyası" da Bəhreyn xalqından 14 fevral tarixini qeyd etmək üçün bəhreynliləri meydanlara axışmağa dəvət edən bəyanat yayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2012 23:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |