إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Birmengem universitetində “İslam araşdırmalar kursu” təşkil olunub

Britaniyanın Birmengem şəhərində yerləşən “əl-Mehdi İnsitutu” Birmengem universitetində  İslami araşdırmalar kursları təşkil edəcəkdir.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,məlumat “iric.org” tərəfindən yayımlayaraq kursların cari ilin Fevral ayının 26-da başlayacağını elan edib.

“əl-Mehdi İnsitutu” Birmenqam universitetində yarımvaxt İslami araşdırmalar kurslarında İslami irfan, hədis araşdırmaları və rical elmi kimi İslami elmlər tədris ediləcəkdir.

Bu kurslarda qeydiyyatdan keçənlər dərslərdə hüzuri və internet vasitəsi ilə “online” iştirak edə biləcəklər.

İslami araşdırmalar kurslarında iştirak etmək istəyənlər qarşıdakı linkə - http://www.almahdi.edu/apply-online - keçərək qeydiyyatdan keçə bilərlər. Kurslarda iştirak üçün qeydiyyatın son günü Fevral ayının 16-sıdır.

Qeyd edək ki, “Əl- Mehdi insititutu” 1993- cü ildə müsəlmanların, xüsusi ilə də “isna əşəri” (12 imamçı) şiələrin dini araşdırmalarının və İslami maariflər barədə məlumatlarının səthini yüksəlilməsi hədəfi ilə İngiltərənin Birmenqam şəhərində təsis edilmişdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2018  12:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!