إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Elşad İskəndərov Fələstinin ali dövlət nişanı ilə təltif edilib

Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif etdi.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğuladı.

Təltifetmə mərasimi zamanı Mahmud Abbasa təşəkkür edən Elşad İskəndərov bu qiymətin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və Azərbaycan Prezidenti Ilham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirdi; o, qurumun bundan sonra da İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək əzmində olduğunu vurğuladı.

Qeyd edək ki, Qüds Ulduzu Ordeni Fələstin Dövlətinin ali dövlət nişanlarından biridir, Fələstinin azadlığı və Qüdsün statusunun müdafiəsində ali xidmətlər göstərmiş xarici dövlət və ictimai xadimlərinə təqdim olunur.

“İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı – İƏT Gənclər Forumunun təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilir. 2016-cı ildə İstanbul, 2017-də Mərakeşin Fəs, İranın Şiraz, Malayziyanın Putracaya şəhərəri İslam Dünyası Gənclər Paytaxtı olmuş, bu şəhərlərin hər birində müxtəlif ölkələrdən olan gənclər hərəkatları, gənclər təşkilatlarının minlərlə nümayəndəsinin iştirakı ilə elmi, sosial və mədəni sahələrdə 20-dən artıq tədbir həyata keçirilmişdir.

Qeyd edək ki, Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman Naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov programı açıq elan etmişdir.

Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış etmiş, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunmuşdur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2018  11:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!