إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

UNİCEF: Uşaqları onlayn təhlükədən qorumaq üçün təcili tədbirlər görülməlidir

Rəqəmsal dünyada uşaqları qoruma vəzifəsi hökumətlər, ailələr, məktəblər və digər institutlar daxil olmaqla, hər kəsin üzərinə düşür.

Ahlibeyt.az-ın məlumatına görə, UNİCEF-in Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə əsasən, Azərbaycanda əhalinin ən azı üçdə birinin hazırda internetə çıxışı var və internet istifadəçilərinin yarıdan çoxu 16-24 yaşlarındadır.

Hər gün 175 000-dən çox uşaq-hər yarım dəqiqədən bir yeni bir uşaq ilk dəfə olaraq onlayn mühitə daxil olur.

UNİCEF-in məlumatlar, tədqiqat və siyasət məsələləri üzrə direktoru Lorens Şandinin sözlərinə görə, hər gün minlərlə uşaq ilk dəfə olaraq onlayn mühitə daxil olur ki, bu da uşaqları sadəcə təqdir etdiyimiz, aradan qaldırılmasına müdaxilə etmədiyimiz təhlükə axınına məruz qoyur:

Hökumətlərin və özəl sektorun ən qorxunc onlayn riskləri aradan qaldırmaq üçün siyasət və yanaşmalar hazırlanması sahəsində müəyyən irəliləyiş əldə etmələrinə baxmayaraq, uşaqların onlayn həyatlarını tam şəkildə anlamaq və qorumaq üçün daha çox səy göstərilməlidir.

L. Şandi deyib ki, getdikcə daha kiçik yaşlı uşaqlar internetə qoşulduqları üçün onların onlayn mühitdə təhlükəsizliyinə dair ciddi müzakirələrin aparılması qaçılmaz olur.

Dünyada hər 3 internet istifadəçisindən biri uşaqdır və “Dünyada uşaqların vəziyyəti, 2017 - Uşaqlar rəqəmli dünyada” adlı hesabatda deyildiyi kimi, uşaqları rəqəmsal dünyanın təhlükələrindən qorumaq, onların təhlükəsiz və keyfiyyətli onlayn materiallardan istifadəsini artırmaq üçün indiyədək görülən işlər azdır.

Hesabatda izah edilir ki, rəqəmsal dünyada uşaqları qoruma vəzifəsi hökumətlər, ailələr, məktəblər və digər institutlar daxil olmaqla, hər kəsin üzərinə düşür:

Eyni zamanda sənəddə qeyd edilir ki, özəl sektor (xüsusilə, texnologiya və telekommunikasiya sənayesində) uşaqlar üçün rəqəmli texnologiyanı formalaşdırmaqla bağlı ciddi və unikal vəzifə – indiyədək kifayət qədər ciddi qəbul olunmamış vəzifə daşıyır.

Məlumatlara və şəxsi həyatın təhlükəsizliyinə dair ümumsənaye etik standartlarını, həmçinin onlayn mühitdə olan uşaqlara fayda verən və onları qoruyan digər təcrübələri inkişaf etdirmək üçün özəl sektorun gücü və təsiri gücləndirilməlidir.

Qeyd edək ki,Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür.Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq, hər il fevral ayında qeyd olunur.

Əsas məqsəd təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

2018-ci ildə “Qarşılıqlı hörmət mühiti yaratmaq: daha yaxşı internet sizinlə başlayır” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 6-sına təsadüf edir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018  17:02 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!