إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İrandan Yəmən böhranının həlli üçün təklif

İran Yəmən böhranının həlli üçün 4 maddə təklif etdi

Ahlibeyt.az-ın məlumatına görə, Eastnews-un Solhaber-ə istinadən verdiyi xəbərə əsasən İran XİN rəhbəri bildirib ki, Yəmən probleminin həll üçün dərhal atəşkəs elan edilməlidir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəməndə baş verən böhranın ilk günündən etibarən İranın dörd mərhələli həll yolu təklif etdiyini açıqlayıb.

Humanitar yardım ölkəyə buraxılmalı, Yəmən daxilində danışıqlar aparılmalı və inklüziv, eyni zamanda əhatəli bir hökumət yaradılmalıdır.

Cavad Zərif daha sonra qeyd edib ki, Səudiyyə Ərəbistanının Yəməndə etdiklərinin krallığa qarşı nifrətdən və uşaqları öldürməkdən başqa nəticəsi olmayıb.

Qeyd edək ki, 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzündən sonr ən az 13,600 dinc sakin öldürülüb. Ölkə infrastrukturunun çox hissəsi, o cümlədən xəstəxanalar, məktəblər və fabriklər dağıdılıb. Səudiyyə liderliyi ilə başlayan müharibə Yəməndə ölümcül vəba epidemiyasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, vəba epidemiyası səbəbiylə 2017-ci il aprelin sonundan etibarən 2,167 nəfər həyatını itirib və 841,906 nəfər virusa yoluxub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018  14:50 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!