إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Soçidə Suriya Milli Dialoq Konqresindən - Mühüm qərar

BMT Baş katibinin Suriya nizamlaması üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmək üçün Soçiyə gəlib -Tədbiri çıxış sözü ilə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi  Aleksandr Lavrentiev açıb.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən,Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub. Forumda seçiləcək şəxslər və Konqresdə iştirak etməyən qrupların nümayəndələri Komissiyanın üzvü olacaqlar- bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, qeyd olunan komissiya Cenevrədə fəaliyyət göstərəcək.

Nazir qeyd edib ki, Konstitusiya Komissiyası BMT-nin 2254 qətnaməsinə uyğun olaraq yaradılıb.

“Suriyanın yeni Konstitusiyasını hazırlayacaq bu yeni qurumun fəaliyyəti Cenevrədə təşkil olunacaq”, - deyə S.Lavrov qeyd edib.

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinə bu ölkənin bütün siyasi, etnik və konfessional qruplarını təmsil edən 1500-dən çox iştirakçı qatılıb.

Konqresin məqsədi Suriyanın yeni Konstitusiyasının hazırlanmasına start verilməsi və Konstitusiya Komissiyasının yaradılmasıdır.

Rusiya, İran və Türkiyə  Suriya Konstitusiya Komissiyasının üzvlüyünə ümumilikdə 150 nəfərin namizədliyinin (hər ölkəyə 50 namizəd -red.) irəli sürülməsinə dair razılığa gəliblər. Lakin BMT-nin Suriyaya dair xüsusi elçisi cəmi 45-50 nəfəri seçəcək - bu barədə BMT-nin Suriyaya dair xüsusi elçisi Staffan de Mistura bildirib.

De Mistura qeyd edib ki, komissiya üzvlərini müəyyən edərkən tək münaqişə tərəfləri ilə deyil, Suriya nizamlanmasındakı bütün oyunçularla məsləhətləşmələr aparılacaq.

Onun sözlərinə görə, komissiyanın üzvləri müəyyən olunarkən, namizədlərin Soçidəki Suriya Milli Dialoq Konqresində iştirakı əsas götürülməyək, müəyyən səbəblərdən Soçiyə gələ bilməyən qüvvələrin nümayəndələri də nəzərdən keçiriləcək.

De Mistura qeyd edib ki,  Konstitusiya Komissiyasının fəaliyyətinin maliyyələşdirilməsi BMT-nin Suriyaya dair xüsusi elçisinin ofisinin işinə ayrılan vəsaitlər hesabına həyata keçiriləcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2018  10:28 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!