|
• Mənəviyyat • MənəviyyatƏhli-beyt tərəfdarının 12 xüsusiyyətiİmam Cəfər Sadiq(ə) Əhli-beyt tərəfdarlarının sahib olduğu 12 xüsusiyyəti bəyan edir 1. Axirət: Axirət onların gözündə çox böyükdür, belə ki, heç bir şeyi onunla əvəz etməzlər. Dünya isə onlar üşün dilsiz düşmən və zəhərli ilan nisbətindədir.
2. Allah ilə ünsiyyət: Onlar Allahla ünsiyyət qurub, dünyapərəstlərdən uzaq olarlar. İlahi nemətlərdən istifadə edər, lakin ona bağlanmazlar.
3.Özünü hesaba çəkmək: Bizi tanıyan hər bir müsəlman gündəlik özünü hesaba çəkməlidir. Xeyir iş gördükdə artırmaq uğrunda çalışmalı, mənfi əməl gördükdə isə tövbə edib tərk etməlidirlər.
4.Səxavət:
Həqiqətən bizim tərəfdarlarımızın xüsusiyyətlərindən biri qardaşlarına qarşı səxavətli olar və ehsan edərlər.
5. Gündəlik 50 rükət namaz və namazın vaxtlarına diqqət: Bizim tərəfdarlarımız gündəlik 50 rükət namaz qılar və Zöhr namazının vaxtına diqqət yetirər. (Red: Nafilələr)
6. Aqressivlik və qışqırmaqdan uzaq olmaq: Bizim tərəfdarlarımız səs-küy salmazlar.
7. Tamahdan uzaq olmaq: Bizim tərəfdarlarımız qarğa kimi tamahkar və həris olmazlar.
8. Düşmənlərdən uzaq olmaq: Bizim tərəfdarlarımız düşmənlərlə qonşuluq etməz, aclıqdan ölsələr belə onlara əl açmazlar.
9. Yeməyə diqqət yetirmək:
Bizim tərəfdarlarımız ilan balığı yeməz, şərab içməzlər.
Mənbə: İslamazeri.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2018 11:40 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2022 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur - Rəbiül-əvvəl ayının əməlləri15 Sentyabr, 2022 Duaların qəbul olmaması səbəbi - Kumeyl duasının şərhi10 Avqust, 2022 Nəfsin halları - Kumeyl duasının şərhi |
Xəbər lenti
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |