إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Hz.Məhəmməd(s) peyğəmbər və Hz.İmam Sadiqin(ə) mövlud günüdür

Bu gün bəşəriyyətin ən üstün şəxsi Hz.Məhəmməd(s) peyğəmbərin və Hz.İmam Sadiqin(ə) mövlud günüdür. Bu mövlud münasibətilə başda Hz.Mehdi Sahib əz-Zaman(ə.f) olmaqla, bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edirik. Allah-təala bizi hər iki dünyada onlardan ayrı salmasın!

Bu günün əməlləri:

1.Qüsl etmək.

2.Oruc tutmaq(Bu gün oruc tutan şəxsin savabı il boyu oruc tutmaq savabına bərabərdir).

3.Namaz(İki rikətli namazdır; hər iki rikətdə "Fatihə" surəsindən sonra 10 dəfə "Qədr" və 10 dəfə "İxlas" surəsini  oxumaq).

4.Sədəqə vermək.

5.Hz.Məhəmməd(s) peyğəmbəri ziyarət etmək(Bu gün peyğəmbərin(s) qəbrini ziyarət etmək çox böyük savabdır. İmkanı olmayanlar onu uzaqdan ziyarət edə bilərlər. Bunun üçün dua kitablarında bir neçə ziyarət nəql olunmuşdur. Bunu da edə bilməyənlər dayandığı yerdən "Əssəlamu əleykə Ya Rəsuləllah" desələr belə kifayətdir. Rəvayətdə Hz.Rəsuli-Əkrəm buyurmuşdur: "Hər kim mənim qəbrimi ziyarət edərsə, elə bil məni sağlığımda ziyarət etmişdir. Mənim qəbrimi ziyarət edə bilməyən dayandığı yerdən mənə salamgöndərsin".

6.Hz.Əlini(ə) ziyarət etmək.(Hz.Əlinin(ə) qəbrini yaxından və yaxud uzaqdan ziyarət etmək).

7.Bu günü əziz tutmaq və qeyd etmək.(Seyyid ibn Tavus "əl-İqbal" kitabında bu günü qeyd etməyi tapşırmışdır. Çünki bu gün insanların və peyğəmbərlərin(ə) ən üstün şəxs dünyaya gəlmişdir.).

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2012  04:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!