|
• DünyadaTehran teatrında Azərbaycan tamaşasına böyük maraqAzərbaycanın Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalına iştirak edir. Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə,yanvarın 21-də teatrın kollektivi İran paytaxtında “Cəza” tamaşasını nümayiş etdirib. Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşa tehranlı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 29-dək davam edəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2018 13:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |