إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

YUNİSEF: Yəməndə hər gün 130 uşaq ölür

BMT Uşaq Fondu YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika direktoru Gert Kappelaere Yəmən müharibəsində indiyədək 5 min uşağın öldüyünü açıqlayıb.

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, o, Səudiyyə Ərəbistan rejiminin  Yəmənə təcavüzü nəticəsində gedən müharibə nəticsəində hər gün 130-dan çox uşağın aclıq və ya xroniki xəstəlikdən dünyasını dəyişdiyini söyləyib.

Uşaqların Beynəlxalq Mühafizə Təşkilatı da bu kontekstdə yaydığı hesabatda belə deyib: "Səudiyyə Ərəbistanının Yəmənə sırıdığı blokadanın davam etməsi, yəmənli uşaqlar arasında ölümlərin daha da artmasına səbəb olacaq. 11 milyonu uşaqlardan ibarət 20 milyon yəmənli humanitar yardıma möhtac şəkildə yaşayır və bu ölkədəki vəziyyət, dünya miqyasında ən faciəvi humanitar faciədir."

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in birgə bəyanatına görə, hazırda 150 min yəmənli uşaq aclıqla üz-üzədir və vəziyyətə müdaxilə edilməsə, sözügedən uşaqlar arasında ölüm halları artacaq.

Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2018  14:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!