إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

I "Gənclər və İslami Oyanış" konfransında iştirak edən misirli gənclər azad ediliblər

Misirdən verilən xəbərlərə əsasən, srağagün I "Gənclər və İslami Oyanış" konfransında iştirak etdikdən sonra vətənə qayıdan zaman Qahirənin Beynəlxalq Hava Limanında həbs olunmuş misirli gənclər azad ediliblər.

Saxlanmalarına səbəb kimi özləri ilə İrandan bir neçə ədəbiyyat və CD disklər gətirdikləri göstərilən 18 nəfər gəncin artıq sərbəst buraxıldıqları bildirilir.

Xatırladaq ki, I "Gənclər və İslami Oyanış" konfransı yanvar ayının sonunda 73 ölkədən 1200 nəfər gəncin iştirakı ilə Tehranda keçirilmişdi ki, saxlanılmış misir gənclər də həmin iştirakçıların sırasında olublar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2012  18:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!