|
Şərqşünaslıq İnstitutu ilə İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi arasında memarandum imzalanıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin direktoru dr. Halit Eren dekabrın 22-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, Mərkəzi Türkiyənin İstanbul şəhərində yerləşən beynəlxalq təşkilatın rəhbəri ilk olaraq, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva və İnstitutun direktor müavini, akademik Şahin Mustafayevlə görüşüb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun tarixi və burada aparılan tədqiqatlar haqqında məlumat verib. Dr. H.Eren İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin son dövr fəaliyyətindən danışıb. Sonra dr. Halit Eren Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Qonağı təqdim edən akademik G.Baxşəliyeva Azərbaycan-Türkiyə əlaqələrindən danışıb və iki ölkə arasında elmi əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib. Dr. Halit Eren şərqşünas alimlərə özünün İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzindəki fəaliyyəti barədə məlumat verib, iki təşkilat arasında qarşıdakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Sonra AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin direktoru dr. Halit Eren imzalayıblar. Memorandumda tədbirlərin keçirilməsi zamanı qarşılıqlı dəstək, tədris proqramlarının təşkili, təcrübə, mütəxəssis və mənbələrin mübadiləsi, müştərək nəşr və digər elmi fəaliyyətlər nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2017 12:24 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |