إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə alimi: Bəhreyn inqilabı qələbə qazanacaqdır!

Səudiyyə Ərəbistanı alimlərindən olan Şeyx Həsən bin Fərhan əl-Maliki Bəhreyn inqilabının qələbə ilə nəticələyini bildirib.

Şeyx Həsən əl-Maliki deyib ki, Bəhreyn inqilabçıları xeyli çətinliklər və əziyyətlər görüblər ki, çox az cəmiyyət tapmaq olar ki, o çətinliklərə dözə bilsin.

Bəhreyn inqilabı ərəb dövlətlərinin və siyasətçilərinin maraq göstərməmələrinə və habelə KİV-də az diqqət ayrılıb və düzgün işıqlandırılmamasına baxmayaraq ancaq irəliyə doğru getməkdədir deyən Şeyx əl-Maliki Bəhreyn xalqını təbrik edərək deyib ki, siz səbr və müqavimət etdiniz və ümid edirəm ki, dinc etirazınızı davam etdirməklə qələbə qazanacaqsınız.

əl-Maliki onu da vurğulayıb ki, Ali Xəlifə rejimi Bəhreyni böhrandan çıxarıb problemləri həll edə bilər amma bunu edəcəkləri görsənmir.

Daha sonra Bəhreyn inqilabını tərif edən səudiyyəli alim deyib ki, Bəhreyn inqilabı mədəni, insani və hüquqi bir inqilabdır. Bəhreyn inqilabı uzun sürdüyündən onu KİV-də onu təhrif belə edə bilmədilər. KİV digər ölkələrdə baş verən etiraz aksiyalarını işıqlandırmağı dayandıran kimi, həmin ölkələrdə etiraz aksiyaları da səngiyir. Amma Bəhreyndə hadisələr başqa cür cərəyan edir. Və bu səbədən qələbə Bəhreyn inqilabçıları ilədir.

Son olaraq Şeyx əl-Maliki deyib ki, mən min dəfə Ali Xəlifə rejiminin Bəhreyn xalqını represiyalara məruz qoymasını pisləyərək qınayıram. Onlar Bəhreyn xalqını represiyalara, işkəncələrə məruz qoymuş, həbs etmiş və hətta şəhid etmişlər. Onlar hətta həkimlərə, hüquqşünaslara, jurnalistlərə, elm və incəsənət xadimlərinə belə rəhm etməyiblər ki, bu da çox dəhşətli haldır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2012  18:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!