|
• DünyadaPakistanda kilsəyə hücum nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıbPakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin Zarqun-Roud rayonunda kamikadzenin protestant kilsəsinə hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, 50-dən artıq insan yaralanıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, əyalətin daxili işlər naziri Sarfaraz Buqti jurnalistlərə müsahibəsində yaralıların çoxunun vəziyyətinin ağır olduğunu bildirib. Xəbər verdiyimiz kimi, hadisəni törədən iki terrorçudan birini polis məbədə girərkən güllələyib, digəri isə kilsənin içərisinə girərək özünü partladıb. Partlayış vaxtı kilsədə 400-ə yaxın adam olub. Qanlı hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı artıq öz üzərinə götürüb. Pakistan Prezidenti Məmnun Hüseyn terror aktını pisləyib, həlak olanların yaxınlarına başsağlığı verib. Dövlət başçısı deyib ki, Pakistan bundan sonra da terrorçuların məhv edilməsi ilə bağlı kəskin tədbirlər görəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2017 10:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |