إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair İstanbulda keçirilən fövqəladə Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyətinə də diqqət çəkilib. Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxışlarında İƏT Gənclər Forumunun fəaliyyətinə də toxunublar.

Prezident İlham Əliyev çıxışında ölkəmizin İƏT-dəki fəaliyyətini və təşəbbüslərini, İslam həmrəyliyi istiqamətində atdığı addımları qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumunun, İƏT Əmək Mərkəzinin və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının yaradılmasını ölkəmizin İslam həmrəyliyi işinə töhfəsi kimi qiymətləndirib.

Prezident Mahmud Abbas İƏT Gənclər Forumu tərəfindən Qüdsün “2018-ci il İslam dünyasının gənclər paytaxtı” seçilməsi qərarını yüksək qiymətləndirib.

Azertac

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2017  12:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!