|
• DünyadaNorfolk məcsidi dinlərarası dostluğun uğurlu nümunəsiABŞ-ın Norfolk şəhər məscidi davamlı şəkildə dinlərarası toplantı və ziyafətlər təşkil edərək bu şəhərdə yaşayan müsəlman cəmiyyətinin İslam dininin daha yaxşı tanınması üçün münasib şərait yaradıb. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə,Virviniya ştatının Norfolk şəhər məscidi bu şəhərdə yaşayan müsəlman cəmiyyəti ilə digər dinlərin davamçıları arasında dostluğu genişləndirib və İslam dininin daha yaxşı tanınması üçün tədbirlər həyata keçirir. Norfolk şəhər məscidinin fəal və aktiv üzvü Səhər Mirza deyir: "Bir kəsi yaxından tanıdığın zaman ona nifrət bəsləmək çətin olur. Bizim də bu məsciddəki proqramlardan hədəfimiz digər dinlərin davamçılarına müsəlmanları yaxından və daha yaxşı tanımaqları üçün münasib şərait yaratmaqdır. Norlfok məscidinin digər dinlərin davamçıları ilə yaxın əlaqələri o zamandan başladı ki, bir nəfər məscidin qarşısında əlində “mən bir xristianam və müsəlmanları himayə edirəm” sözü yazılmış plakard tutub dayanmışdı və müsəlman qadınlar maraq və heyrətlə pəncərə arxasında ona tamaşa edirdilər. Bundan sonra müsəlmanlar onu qəhvə içmək üçün məscidə dəvət edirlər. Bu hadisədən bir həftə keçdikdən sonra 54 yaşlı Zubel həyat yoldaşını da məscidə gətirdi. Bir müddət sonra öz dostunu, bir keşişi və onun xanımını məscidə gətirdi. Bu münasibətlərin nəticəsində məscidin öz qonşuları ilə dostluğu başladı. Beləliklə bir məscidin dinlərarası dostluq proqramlarına start verdik." Səhər Mirza qeyd edib ki,ilk mərhələdə Cümə günləri görüşlər təşkil edirdik. Səmimi söhbətlər edirdik ki, insanların məscidə axını çoxalsın - İndi məscidin qapısı bütün dinlərin davamçılarının üzünə açıqdır. Onlar da müsəlmanları himayə edir və dəstəkləyir. Can Estuvart ki, Norfolk şəhərinin xristianlarındandır.O bildirib ki,məscidə gəldiyim zaman müsəlmanlara qarşı ürəyimdə daşıdığım bütün nifrəti özümdən uzaqlaşdıra bildim: "Mən məsciddə həmişə şad olmağa və gülməyə hazır insanlar gördüm. Onların qapısı hamının üzünə açıq idi və onlar istəyirdilər ki, hamı onları yaxşı tanısın."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2017 14:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |