|
• DünyadaABŞ Bəşar Əsədin hakimiyyətdə qalmasına maneə törətmək niyyətində deyilRəsmi Vaşinqton Suriya Prezidenti Bəşşar Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, "The New Yorker" jurnalının avropalı və amerikalı rəsmilər arasında olan mənbələrinin ötürdüyü məlumata əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Prezident Bəşşar Əsədin hakimiyyətini qəbul etməyə hazırdır. "Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb. Məqalədə bildirilir ki, Moskvanın Bəşşar Əsədi hava dəstəyi ilə təmin etməsi dönüş nöqtəsi olub və Suriya prezidentinin hakimiyyətini qorumasına imkan verib. Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin B.Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya digər yolla qazanacağından və hakimiyyətdə qalacağından narahatdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2017 10:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |