إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Qüdslə bağlı qərarı barədə bəyanat yayıb

A.Bayramova. İran Xarici İşlər Nazirliyi Amerika dövlətinin öz səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi və bu şəhəri işğalçı rejimin paytaxtı olaraq qəbul etməsi hərəkətini şiddətlə məhkum edir və bu qərarı beynəlxalq qətnamələrin açıq-aşkar pozuntusu kimi qiymətləndirir.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, bu İran Xarici İşlər Nazirliyinin Amerikanın səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi və bu şəhəri işğalçı rejimin paytaxtı olaraq qəbul etməsinə dair reaksiyasnda deyilir.

Bildirilir ki, müsəlmanların ilk qibləsi yerləşən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi olmaqla yanaşı həm də İslam aləmində üç əsas və müqəddəs şəhərlərdən biri sayılır: “Bu şəhər müsəlmanlar üçün xüsusi əhəmiyyətə malik olan bir şəhərdir. Hər kəsə məlum olduğu kimi bu rejim Qüds şəhərini ələ keçirmək hədəfi ilə indiyədək şəhərin həqiqi sakinlərini şəhərdən çıxarmaq, onların mülk və torpaqlarını qəsb etmək, şəhər əhalisinin demoqrafik tərkibini dəyişmək hədəfi ilə yəhudilərin həmin şəhərdə yerləşdirilməsi, bir sıra müqəddəs İslam məkanları və binalarının dağıdılması, həmçinin radikal yəhudilərin Məscidul-Əqsaya daxil olmasına münasib şərait yaratmaqla bu müqəddəs məkana qarşı hörmətsizlik etmək, müsəlmanların bu məscidin ziyarəti və orada cümə namazı qılması üçün həmin məkana girişinə müəyyən məhdudiyyətlər qoymaq və bu şəhərin Fələstinli sakinlərinin hüquqlarını tapdalamaq kimi bir çox işlərə əl atmış və bu qəbil işləri öz qarşısına məqsəd qoyub”.

Bəyantda həmçinin bu da vurğulanır ki, İran hər zaman təkid etdiyi kimi Orta şərqdə təhlükəsizlik və sabitliyin aradan getməsində əsas amil işğal siyasətinin davam etməsi və Amerika dövlətinin Sehyonist rejimindən hərtərəfli şəkildə himayədarlığından ibarətdir: “Məhz bunun nəticəsində Fələstinin məzlum xalqı paytaxtı müqəddəs Qüds şəhəri olan müstəqil Fələstin dövlətini yaratmaq kimi ilkin hüququndan məhrum olmuşdur. Son illərdə Amerika və onun müttəfiqlərinin təlaşı sayəsində fələstin xalqına saziş adlı variant zorla qəbul etdirilir ki, bu da Fələstin xalqının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində olan arzularının həyata keçməməsinə şərait yaradır. Məhz Amerikanın hərtərəfli himayədarlığı və beynəlaxalq təşkilatların etinasızlığı nəticəsində yəhudilərin həmin ərazilərdə qəsəbə salması, daha çox ərazilərin işğal edilməsi və Qüds şəhərində müqəddəs məkanlara qarşı hörmətsizlik halları baş verir və beləliklə də Fələstin xalqı öz hüquqlarından məhrum olub”.

Sonda deyilir: “Amerikanın öz səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi və bu şəhəri işğalçı rejimin paytaxtı olaraq qəbul etməsi kimi təhrikedici və düşüncəsiz qərarı regionda sülh və sabitliyə yardım etməyəcək, əslində Amerika dövlətinin pis niyyətlərinin faş olması və hələ də ilğıma bənzər sülh müzakirələrinə inanıb bu sahədə tərəfsiz mövqe tutan tərəfdaş ölkələr yanında etibarına ciddi zərbə vuracaq. Amerika dövlətinin bu qərarı həm də müsəlmanların təhrik edilməsi və yeni müqavimət hərəkatının yaranışı, həmçinin daha çox kobudluq və nifrətə səbəb olacaqdır ki, bütün bunların səbəbkarı da Amerika dövləti və Sehyonist rejimidir.

Qüds şəhəri BMT qətnamələri baxımından işğal edilmiş şəhər sayıldığı üçün Amerika dövlətinin bu qərarı əslində BMT-nin qətnamələrinin açıq-aydın şəkildə pozulması anlanımdadır. Bu baxımdan İran İslam Respublikası Amerika dövlətinin bu addımını şiddətlə qınayır, eyni halda dünyanın bütün beynəlxalq təşkilatlarını, nüfuza sahib olan ölkələri və xüsusilə də müsəlman ölkələrini regionun sabitliyi naminə Amerika dövlətinin bu qərarının icrasına mane olmağa səsləyir. Çünki Amerika dövlətinin bu qərarı yalnız Sehyonist rejiminin xeyrinə olan bir addımdır.

İran Fələstin xalqı ilə tam mənada həmrəy olduğunu bildirir, bir daha Fələstin və müqəddəs Qüds şəhərinin işğalına son qoyulması və bu torpağın əhalisinin öz əsaslı hüquqlarına nail olması üçün beynəlxalq aləm və xüsusilə də BMT-nin üzərinə düşən ağır məsuliyyətə təkidlə yanaşır”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2017  12:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!