|
• DünyadaErmənistanın faşizm dövlət siyasəti Rusiya telekanalında kəskin tənqid olunub - VİDEOErmənistanda faşizmə xidmət göstərmiş Qaregin Njdenin həyat yolu hökumət səviyyəsində təbliğ olunur. Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermənistan rəhbərliyinin milyonlarla insanın ölümünə səbəb olan faşizmi dövlət siyasəti seçməsi Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalı tərəfindən kəskin tənqid olunub. Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə,faşizmin təbliğini aparan rəsmi İrəvan bunu 2016-cı ilin mayında Ermənistanda Qaregin Njdeyə heykəl qoymaqla bir daha sübut edib. Verilişin müəllifi Veronika Kraşeninnikova bildirib ki, 1942-ci ildə Njde üçüncü Reyxə sovet Ermənistanını alman koloniyasına çevirmək üçün müraciət edir. Məhz o, erməni nasist legionunu yaradıb. Njde əsir erməniləri inandırıb ki, kim Almaniya üçün ölür, deməli Ermənistan üçün ölmüş olur. Bu abidə İkinci Dünya müharibəsində Ermənistanda faşizmə qarşı döyüşənlərin xatirəsinə təhqirdir. Müəllif Ermənistanın mövcud iqtidarını sərt tənqid edib. Bildirib ki, faşizmi dəstəkləyən hökumət hər zamankı kimi ikili oyun oynayır. “Njde Ermənistanı idarə edən hakim respublika partiyasının qəhrəmanı və simvoludur. Onun ideologiyası milli konservatizmə çevrilib. Partiyanın loqotipi mənə üçüncü reyxin simvolunu xatırlatdı. Bu yaxınlarda mən hakim Respublika partiyasının rəhbərliyi ilə görüşdüm və loqotiplə bağlı sualı onlara verdim. İnanmazsınız, hakim partiyanın rəhbərlərindən biri bunu təsdiqlədi. Deyəsən biz Ermənistanı idarə edənlər haqqında çox şeyi bilmirik”, - deyə V.Kraşeninnikova bildirib. Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde, həmçinin hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağdan azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib. Ermənistanda bu nasist haqqında işğalçı ölkənin kino tarixində ən böyük büdcəyə malik film də çəkilib. Bu film yeddi milyon dollara başa gəlib. İşğalçı ölkədə vətəndaşlar səfil həyat tərzi yaşadığı bir vaxtda Ermənistan hökuməti faşizm ideologiyasının təbliğinə külli miqdarda vəsait sərf edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2017 12:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |