|
• DünyadaAyətullah Xamenei: “İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil”Sizin bu addımınız bölgədə vətəndaş müharibəsinin yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönələn çirkin siyasətə daha ağır zərbə vurdu. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın Tehran bürosunun məlumatına əsasən, bunu İranın ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün səhər İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymaninin ona İraq və Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktuba cavabında deyib. Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymaniyə təşəkkürünü bildirib: “Sizin bu addımınız bölgədə vətəndaş müharibəsinin yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönələn çirkin siyasətə daha ağır zərbə vurdu. Sizin bu addımınız Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerika hökumətinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi”. Ali lider məktubun davamında qeyd edir: “Siz bu ölümcül xərçəng kütləsini dağıtmaqla təkcə region ölkələri və İslam dünyasına deyil, bütün xalqlara və bəşəriyyətə böyük xidmət göstərmisiniz. Bu ilahi yardımın və “Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək)...” (ənfal surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın mükafatıdır”. “Təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. Böyük investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionun digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsinlər. Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni iş, bəsirət, qısası, hərtərəfli hazırlıq lazımdır”, - sonda Ayətullah Xamenei qeyd edib. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani bu gün ali lider Ayətullah Xameneiyə məktub yazaraq İraq və Suriyada İŞİD-in məhv edildiyini elan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2017 11:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |