|
• DünyadaBrüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilirNoyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, beynəlxalq Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər. Prezidentin köməkçisi Əli Həsənov Forumun açılışında çıxış edib. Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunur. Forum işini Avropada separatizm mövzusuna həsr edilən əsas panel iclası ilə davam etdirir. Tədbir çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclası da keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2017 14:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |