|
• DünyadaABŞ-ın Suriyadakı əsas məqsədi müqavimətə zərbə vurmaqdırAyətullah Seyyid Əli xamenei Fələstin İslami Cihad təşkilatının sədri Dr. Ramazan Abdullah Şallahı və onunla birlikdə olan nümayəndə heyətini qəbul edib. Görüşdə Ayətullah Xamenei dünyada baş verən proseslər, keçən ilin yekunları və İslami oyanış barədə danışaraq deyib ki, İslami oyanış nəticəsində Qərb dünyası zəifləməkdə və İslam dünyası isə qüdrətlənməkdədir. Əgər dünyanın müxtəlif ölkələrində olan İslam ümməti Allaha arxalanarsa, İlahi qələbə mütləq onlarla olacaqdır. Necə ki, bunun keçən il şahidi olduq. Keçən il baş verən hadisələr Allahın lütfü və rəhməti idi. Ayətullah Xamenei Suriyada baş verən hadisələrə də münasibət bildirərək deyib: "ABŞ-ın Suriyadakı hədəfinin nə olduğu açıq-aydın görünməkdədir. Amma təəssüflər olsun ki, bəzi ərəb dövlətləri ABŞ-ın məqsədlərində əlbirdirlər. ABŞ-ın Suriyadakı əsl hədəfi müqavimətə və bölgəyə zərbə vurmaqdır. Çünki Suriya Fələstin və Livan müqavimətini dəstəkləməkdədir. Əgər Suriya bu gün ABŞ-a müqaviməti bir daha dəstəkləməyəcəyəm sözünü verərsə, bütün məsələlər öz həllini tapacaqdır. Suriyanın yeganə "günahı" onun müqaviməti dəstəkləməsidir. ABŞ və bəzi Qərb dövlətləri bölgədəki məğlubiyyətlərinin, o cümlədən, Misir və Tunisdəki məğlubiyyətlərinin heyfini Suriyadan çıxmaq istəyirlər". Ayətullah Xamenei İranın Suriya mövzusundakı mövqeyinə toxunaraq deyib ki, biz Suriyada xalqın mənafeyinə xidmət edən bütün islahatları dəstəkləyirik. Amma eyni zamanda ABŞ və onun kimi düşünən dövlətlərin Suriyanın daxili işlərinə qarışması ilə də müxalifik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2012 04:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |