|
• DünyadaABŞ-ın məqsədi Suriyada terrorçulara qarşı vuruşmaq deyil - Türkiyədən açıqlamaTürkiyə hökuməti ABŞ-ın Suriyadakı fəaliyyətlərini tənqid edib. Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ Suriyada fəaliyyət göstərən ABŞ koalisiyasını bu ölkədə terrorçulara qarşı mübarizə aparmamaqda ittiham edib. Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, türkiyəli rəsmi Raqqadakı İŞİD üzvlərinə şəhəri sağ-salamat tərk etmələri üçün ABŞ komandalığı ilə terrorçular arasında əldə edilmiş razılaşmanı tənqid edib. Bildirək ki, bundan əvvəl BBC ABŞ-ın himayə etdiyi kürdlərdən təşkil olunmuş Suriya Demokratik Qüvvələri (SDQ) ilə terrorçular arasında danışıqların baş tutduğu barədə məlumat yayıb. Həmin danışıqlarda əldə edilmiş razılaşmaya əsasən 250 İŞİD üzvünə Raqqanı tərk etmək üçün icazə verilib. "Terrorçulara qarşı hər hansı açıq mübarizə heç vaxt gündəmlərində olmayıb. Yoxsa ki, Vaşinqton bir terror təşkilatına qarşı mübarizə aparmaq adı altında digər terror təşkilatı ilə əməkdaşlıq etməzdi. Bu ağılasığmaz bir şeydir, amma faktdır. Əgər, həqiqətən, terrorçulara qarşı mübarizə aparmaq məqsədləri olsaydı, Türkiyə kimi güclü ölkə ilə əməkdaşlıq edərdilər", - deyə Bozdağ açıqlamasında bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2017 12:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |