|
• DünyadaRusiyadan açıqlama: Əl Bukamal əməliyyatı zamanı ABŞ İŞİD-ə dəstək verib - FOTOSuriya ordusunun Əl-Bukəmal şəhərində keçirdiyi əməliyyat zamanı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terrorçularına birbaşa dəstək göstərib. Ahlibeyt.az-ın faktxeber.com -a istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Suriya ordusu ötən həftəsonu Əl-Bukəmal şəhərini İŞİD-dən təmizləyərkən terrorçular Rusiyanın Hava Qüvvələrinin zərbələrindən ABŞ-ın dəstəyi nəticəsində yayına bilib. Qeyd olunur ki, noyabrın 9-də Rusiya pilotsuz təyyarələrinin lentə aldığı şəkillərdən görünür ki, terrorçular hökumət qoşunlarının və Rusiya aviasiyasının zərbələrindən qorunmaq üçün dəqiq koordinatlar alır və karvan şəklində Suriya-İraq sərhədinə doğru irəliləyir. Rusiya tərəfi ABŞ-la əlaqəyə keçərək terrorçuların hərəkət etdiyi perimetr üzrə hava zərbələri endirilməsini istəsə də, Vaşinqtonun nəzarət etdiyi koalisiya qüvvələri bundan imtina edib. Onlar Ceneverə danışıqlarını əsas gətirərək yaraqlıların könüllü təslim olmasını bildiriblər. Maraqlıdır ki, ABŞ-a təslim olan terrorçular ağır texnika və silah-sursatlarlə birgə koalisiya qüvvələrinin tərkibinə daxil olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2017 14:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |